Tbilisidə polis qəsdən sağlamlığa ağır zərər vurmaq və yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq ittihamları ilə iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurmaq və yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq ittihamları ilə iki nəfəri – 2004-cü il təvəllüdlü D.T. və 2004-cü il təvəllüdlü N.F.-nı saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən D.T. qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə etməklə 1985-ci il təvəllüdlü D.F.-yə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Təqsirləndirilən N.Q.-yə gəlincə, qeyd olunan qarşıdurma zamanı o, 2010-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsə fiziki zorakılıq tətbiq edib.
İş üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq hərəkətləri nəticəsində, təqsirləndirilən şəxs cinayəti törətdikdən qısa müddət sonra, “isti izlər”lə saxlanılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 126-cı birinci əlavə maddələri ilə aparılır,bu da 7 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.