Tbilisidə Noe-Jordania sahil yolunun müəyyən hissəsində avtomobil hərəkəti qismən məhdudlaşdırılacaq
Noe Jordania sahil yolu ilə Kosta Xətagurov küçəsinin kəsişməsində nəqliyyat qovşağının qurulması davam edir, bu səbəbdən, qeyd olunan yol hissəsində avtomobil hərəkəti qismən məhdudlaşdırılacaq. Məlumatı Tbilisi meriyası yayır.
“Xüsusilə, avqustun 2-si saat 09:00-dan avqustun 4-ü saat 06:00-a dək avtomobil hərəkəti Noe Jordania sahil yolunda, “Wissol” yanacaqdoldurma məntəqəsinin yaxınlığından Metexi tunelinə doğru istiqamətdə məhdudlaşdırılacaq.
“Tbilisi meriyası yaranmış narahatlığa görə üzr istəyir”, – deyə məlumatda deyilib.