Tbilisidə musiqiçilərin və mədəniyyət sahəsinin nümayəndələrinin etiraz-yürüş aksiyası
“Rejim məhbuslarına azadlıq!” – bu şüarla musiqiçilər və mədəniyyət sahəsinin digər nümayəndələri nümayişlərini konservatoriyadan Mədəniyyət Nazirliyinə doğru davam etdiriblər. Etiraz yürüşünün iştirakçıları Rustaveli prospekti istiqamətində hərəkət ediblər və yürüşlə paralel olaraq, vətəndaşları həmrəy olmağa və sükutu pozmağa çağırırdılar. Mədəniyyət Nazirliyinin yaxınlığına toplaşan musiqiçilərin tələbi seçkilərin yenidən keçirilməsi və aksiyalarda saxlanılan vətəndaşların azadlığa buraxılması olub.