Tbilisidə yay uşaq bağçaları iyulun 1-dən 31 iyul da daxil olmaqla işləyəcəklər.
Bu barədə Gürcüstanın Birinci Kanalına Tbilisi Uşaq Bağçaları Agentliyindən bildirdilər.
Onların məlumatına görə, yay uşaq bağçalarına qeydiyyatın başlaması tarixi sabah məlum olacaq.
Qeydiyyatın tarixi, qaydaları və yenilikləri barəsində Tbilisi Uşaq Bağçaları Agentliyinin rəhbəri Kaxaber Qavantseladze mayın 7-də, saat 12:00-da bəyanat verəcək.
Agentliyin məlumatına görə, Tbilisidə iyul ayında bu il də 40 yay uşaq bağçası işləyəcək.