Tbilisidə incəsənət sahəsinin nümayəndələrinin etiraz-yürüş aksiyası
Tbilisidə incəsənət sahəsinin nümayəndələrinin etiraz-yürüş aksiyası

İncəsənət sahəsinin nümayəndələri Tbilisidə, Milli Arxivin binasının yaxınlığında etiraz aksiyasına toplaşıblar. Nümayiş iştirakçıları Avropa İttifaqına üzv ölkələrin Gürcüstandakı səfirliklərinin qarşısından keçiblər. Tələblər də səsləndirilib.

İncəsənət sahəsinin nümayəndələri Gürcüstanda demokratiyaya xələl gətirdiyinə görə hökumət üzvlərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və fərdi şəxslərə sanksiya tətbiqini tələb edirlər. Həmçinin, yeni seçkilərin keçirilməsi və aksiyalar zamanı saxlanılmış vətəndaşların azadlığa buraxılması ilə bağlı bugünədək mövcud tələblər dəyişməz olaraq qalıb.