Tbilisidə “Gürcüstanda etnik müxtəliflik: tarixi və müasir baxış” mövzusunda görüş keçirilib

13:32, 23.01.2026

Tbilisidə “Gürcüstanda etnik müxtəliflik: tarixi və müasir baxış” mövzusunda millətlərarası münasibətlərə və vətəndaş inteqrasiyası məsələlərinə həsr olunmuş görüş keçirilib.

Tədbirin təşkilatçılarının məlumatına görə, görüşdə Tbilisi Dövlət Universitetinin gürcü tələbələri, eləcə də 1+4 proqramı üzrə erməni, azərbaycanlı və digər etnik qrupların nümayəndələri iştirak ediblər.

İştirakçılar etnik azlıqların tarixi, mədəniyyəti, ənənələri və müasir həyatı haqqında təqdimatlarla çıxış ediblər.

Təşkilatçıların məlumatına əsasən, tədbir qeyri-hökumət təşkilatı “Yeni Nəsil İnkişafı” tərəfindən həyata keçirilən və Gənclər Agentliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində keçirilib. Layihənin məqsədi etnik azlıq gənclərinin vətəndaş inteqrasiyasını və təhsil səviyyəsinin yüksəldilməsini təmin etməkdir.

 

Oxşar