Tbilisidə etiraz aksiyaları davam edir. Aksiyanın keçirildiyi Gürcüstan parlamentinin yaxınlığındakı avtomobil yolu bağlanıb.
Bundan əvvəl aksiya Respublika meydanında da keçirilib, onların iştirakçılarının dediyinə görə, ictimai sektorun indiki və keçmiş əməkdaşlarıdırılar və onlar aksiyalar zamanı həbs olunan bütün şəxslərin azadlığa buraxılmasını tələb edirlər. Həmçinin, Avropa seçimi Gürcüstana qaytarılsın və təkrar parlament seçkiləri keçirilsin.
Bununla yanaşı, Respublika Meydanında olan aksiya iştirakçılarına Təhsil Nazirliyindən və Tbilisi Dövlət Universitetindən professor-müəllimlər və tələbələr yürüşlə qoşulublar və Respublika Meydanından yürüşlə Parlamentin yaxınlığında davam edən aksiyaya qoşulublar.