Tbilisidə etiraz aksiyaları davam edir. Peşəkar qrupların nümayəndələri və tələbələr müxtəlif yerdən yürüş keçirdilər və Rustaveli prospektində, Parlamentin yaxınlığında davam edən aksiyaya qoşuldular.
Respublika meydanından Parlamentə qədər “rəngarənglik marşı” təşkil olundu, həmçinin Gürcüstanın Təhsil Nazirliyinin yaxınlığında müəllimlərin yürüşü keçirildi.
Aksiya iştirakçılarının tələbi yeni parlament seçkilərinin təyin edilməsi və aksiya zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasıdır.