Tbilisidə beş ilkin tibbi yardım müəssisəsi 24 saatlıq rejimdə işləyəcək
Tbilisidə beş ilkin tibbi yardım müəssisəsi bu gündən 24 saatlıq rejimdə işləyəcək.
Pasientlərin imkanı olacaqdır ki, qrip virusunun aşkar olunduğu an, gecə-gündüz ərzində ailə həkiminə məsləhət üçün müraciət etsinlər.
“Bu gündən 24 saatlıq rejimə keçdik. Burada ailə həkiminin yanına getmək, telefonla məsləhət və həkimin evə çağırılması nəzərdə tutulur. Son zamanlar müraciətlər artıbdır”, – ailə həkimi Oleq Tsikaraşvili bəyan etdi.
Bu gündən 24 saatlıq rejimdə qarşıdakı müəssisələr işləyəcəklər:
“Medikapital-Qldani” MMC, ünvan: Vekua küç.N 18
“Medikapital-Saburtalo” MMC, ünvan: Qamrekeli küç.N 19
“Ailə tibbinin milli təlim mərkəzi” MMC, ünvan: Tsinamzğvrişvili küç.N 57
“Midsi” (Vere 21) MMC, ünvan: Kiyaçeli küç.N 18
“Medikapital-Samqori” MMC, ünvan: Moskva prospekti kv.4, korp.