Tbilisidə Baqebi ərazisində yanğın baş verib

17:03, 02.08.2025

Tbilisidə, Baqebi ərazisində yanğın baş verib.

Fövqəladə Halların İdarəetmə Xidmətinin Birinci Kanala verdiyi məlumata görə, yanğın ot və ağaclarda başlayıb.

Hazırda xəsarət alanlar barədə məlumat yayılmır.

Hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb olunub və yanğının söndürülməsi prosesi davam edir.

Oxşar