Tbilisidə, aktyor Zurab Kapianidze adına park açılıb
Tbilisi Şəhər Məclisinin Advermə və Simvolika Komissiyasının təşəbbüsü ilə bu gün məşhur gürcü aktyoru Zurab Kapianidzenin adını daşıyan park açılıb. Parkın açılışı simvolik olaraq Zurab Kapianidzenin xatirə günündə baş tutub. Paytaxtda aktyorun adını daşıyan küçə də var.
Tədbirdə Tbilisi Şəhər Məclisinin Advermə və Simvolika Komissiyasının sədri Levan Abaşidze çıxış edib.
“Tbilisi Şəhər Məclisinin təşəbbüsü ilə bu gün tanınmış gürcü aktyoru Zurab Kapianidzenin adını daşıyan parkı məhz onun yaşadığı və çox sevdiyi məhəllədə açdıq. Zurab Kapianidze həm görkəmli aktyor, həm də görkəmli insan olub. O, gürcü kinosunda bir çox unudulmaz obraz yaradıb və Zurab Kapianidze parkının məhz onun vəfat etdiyi gündə açılması simvolik xarakter daşıyır”, – Levan Abaşidze bildirib.
Tədbir iştirakçılarına Zurab Kapianidzenin ailə üzvləri, Gürcüstan Parlamenti sədrinin birinci müavini Qia Volski, Parlament üzvü İrma Zavradaşvili, Tbilisi Şəhər Məclisinin Didube rayonunun majoritarı Şota Kevxişvili, şairlər və aktyorlar müraciət ediblər. Parkın açılış mərasimində Tbilisi Şəhər Məclisinin üzvləri, Didube rayonunun icra başçısı və mədəniyyət sahəsinin nümayəndələri iştirak ediblər.
Tbilisi Şəhər Şurasının mətbuat xidməti məlumat yayır.