Tbilisidə “Açıq idarəçilik partnyorluğunun” sammitində humanoid robot Sofiya da iştirak edəcək

14:14, 07.07.2018

Tbilisidə keçiriləcək “Açıq idarəçilik partnyorluğu” (OGP) sammitinin qonaqları arasında humanoid robot Sofiya da olacaq.

Birinci Kanala Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, robot Sofiya BMT-nin egidası ilə, sülhməramlı səfir statusu ilə gəlir.

Sofiya iyulun 18-də “Dövlət işində innovasiyalar” adlı diskussiyada iştirak edəcək.

Sofiya dünyanın ilk robot vətəndaşıdır. Onu ictimaiyyətə ilk dəfə 2016-cı ildə təqdim etdilər.

“Açıq idarəçilik partnyorluğu” təşəbbüsü 75 ölkəyi birləşdirir. Gürcüstan bu yüksək səviyəli beynəlxalq foruma 2017-ci ilin oktyabrın 1-dən, 2018-ci ilin oktyabrın 1-nə qədər ev sahibliyi edir.

OGP-nın idarəçilik komitəsində Gürcüstanı Ədliyyə Naziri Tea Tsulukiani təqdim edəcək.

Tbilisidə iyulun 17-19-da planlaşdırılan tədbirin ev sahibi də Ədliyyə Nazirliyidir.

Oxşar