Tbilisidə 20 ailəyə yaşayış evləri simvolik qiymətə veriləcək
Tbilisidə 20 ailəyə yaşayış evləri simvolik qiymətə veriləcək

Mənzillərin qanuniləşdirilməsi layihəsi çərçivəsində, Tbilisidə yaşayış evləri bugün 20 ailəyə simvolik qiymətə – bir lariyə verildi.

Paytaxtın meri bugünki iclasda qeyd etdi ki, bu ailələrdən 18 Çiçinadze küçəsində yaşayır, biri Varketilinin 3-cü mikrorayonunda, biri də Vazisubaninin 1-ci Mikrorayonunda.

“Bu insanlar illərdir öz evlərində yaşayırlar və müəyyən bürokratiya problemlərinə görə, evlərini qanuniləşdirə bilmirdilər. Biz bu layihə çərçivəsində bir çox insana simvolik qiymətə yaşayış mənzillərini verəcəyik” – dedi Kaxa Kaladze.