Tbilisi və Batumidə keçirilən miqrasiya tədbirləri nəticəsində 38 xarici ölkə vətəndaşı saxlanılıb
Tbilisi və Batumidə keçirilən miqrasiya tədbirləri nəticəsində 38 xarici ölkə vətəndaşı saxlanılıb

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Tbilisi və Batumidə xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçiriblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, kompleks tədbirlər nəticəsində Çin, Hindistan, Nepal, Pakistan, Türkiyə, Kot-divuar, Sudan, Nigeriya, İordaniya və Hindistan vətəndaşları da daxil olmaqla 38 xarici ölkə vətəndaşı saxlanılıb.

“Tədbirlər çərçivəsində departament əməkdaşları Gürcüstanda qanuni əsas olmadan qalan xarici ölkə vətəndaşları müəyyən etmək məqsədilə müəyyən yerləri yoxlayıblar. Saxlanılan şəxslərin ölkədə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanunu ilə müəyyən edilmiş tələbləri pozaraq olduqları müəyyən edilib.

Saxlanılan şəxslər hazırda Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzində qalırlar. Onların ölkədən çıxarılması üçün müvafiq prosedurlar həyata keçirilir.

Miqrasiya Departamenti xüsusi miqrasiya nəzarətini intensiv rejimdə həyata keçirir ki, Gürcüstanda qanuni əsas olmadan olan xarici vətəndaşların vaxtında aşkar olunması və ölkədən deportasiyası təmin edilsin.