Tbilisi “Travelbook” səyahət nəşrinin sorğusunda Avropanın ən gözəl paytaxtları siyahısına daxil edilib

16:46, 28.04.2025

Almaniyanın “Travelbook” səyahət nəşrinin sorğusunda Tbilisi Avropanın ən gözəl 14 paytaxtı arasında yer alıb. Məlumatı Milli Turizm Administrasiyası yayır.

“Travelbook” sosial şəbəkələrdə – “Facebook” və “Instagram”da 200.000-dən çox abunəçisinə Avropanın 47 paytaxtından hansına səyahət etmək istədiyi və hansının Avropanın ən gözəl paytaxtı olduğu sualı ilə müraciət edib.

“Travelbook” sorğusunun iştirakçıları növbəti paytaxtları: Tbilisi, Roma, Vyana, Lissabon, Paris, Prağa, Stokholm, Kopenhagen, London, Amsterdam, Tallinn, Valletta, Madrid və Afinanı seçiblər.

Oxşar