Tbilisi Tibb Universiteti - Vaşlicvaridə Mental Sağlamlıq üzrə Universitet Klinikasının tikintisi başa çatıb, pasiyentlərin qəbulu 2026-cı ildən başlayacaq
Vaşlicvaridə mental sağlamlıq üzrə universitet klinikası tikilib. Bu barədə Tbilisi Dövlət Tibb Universiteti məlumat yayır.
Onların məlumatına görə, hazırda klinikanın avadanlıqlarla təchiz edilməsi mərhələsi davam edir və pasiyentlərin qəbulu 2026-cı ildən başlanacaq.
“Mental Sağlamlıq üzrə Universitet Klinikası”nın tikintisi başa çatıb və hazırda avadanlıqlarla təchiz olunma mərhələsindədir. Klinikanın əsas stasionarı 103 çarpayıdan ibarətdir və üç əsas stasionar şöbəni əhatə edir: kəskin psixiatriya stasionarı, dual nolojiya şöbəsi, narkoloji detoksifikasiya şöbəsi; Klinikada, həmçinin reabilitasiya şöbəsi (30 çarpayılıq) fəaliyyət göstərəcək. Mental Sağlamlıq Klinikası Vaşlicvaridə, Saracişvili küçəsi N17 ünvanında yerləşir və pasiyentlərin qəbuluna 2026-cı ilin əvvəlində başlayacaq”, – Tbilisi Dövlət Tibb Universitetinin məlumatında deyilib.