Tbilisi teleqülləsi Qvatemala bayrağının rənglərində işıqlandırılıb
Tbilisi teleqülləsi Qvatemala bayrağının rənglərində işıqlandırılıb

Qvatemala Respublikasının Müstəqillik Günü ilə əlaqədar Tbilisinin teleqülləsi Qvatemala bayrağının rənglərində işıqlandırılıb.

Qvatemala 1821-ci ildə İspaniyadan müstəqillik qazanıb və sentyabrın 15-də milli bayramını qeyd edir. 15 sentyabr ölkə miqyasında qeyri-iş günü elan olunub və müxtəlif bayram tədbirləri ilə qeyd olunur.

2023-cü ildə Tbilisidə Qvatemala Respublikasının fəxri konsulluğu açılıb və Qiorqi Çoladze fəxri konsul təyin edilib.