Tbilisi teleqülləsi mavi rəngdə işıqlandırılıb
Tbilisi teleqülləsi mavi rəngdə işıqlandırılıb

Tbilisi teleqülləsi mavi rəngdə işıqlandırılıb, bu da Beynəlxalq Yoğun Bağırsaq Xərçəngi Maarifləndirmə Ayı ilə əlaqədardır.

Tbilisi meriyasının məlumatına görə, Milli Skrininq Mərkəzi bu fəaliyyətlə ənənəvi olaraq illik məlumatlandırma kampaniyasına qoşulub.

Cari ayda dünyada xərçəng haqqında məlumatlılığı artırmaq və ölüm hallarının qarşısını almaq məqsədi daşıyan müvafiq simvollarla müxtəlif tədbirlər keçirilir.

“Milli Skrininq Mərkəzi yoğun bağırsaq xərçəngi haqqında məlumatlılığı artırmaq üçün məlumat kampaniyasına qoşulur və Tbilisi teleqülləsini mavi rəngdə işıqlandırır.Bu, bir tərəfdən pasiyentlərə həmrəyliyi ifadə edir, digər tərəfdən isə əhaliyə vaxtında müraciətin vacibliyini xatırladır. 50-70 yaş arası bütün vətəndaşları pulsuz yoğun bağırsaq xərçəngi müayinəsindən keçməyə və qorunmağa çağırırıq”, – Milli Skrininq Mərkəzinin direktoru Eter Kiğuradze bildirib.

Tbilisi meriyasının mətbuat xidmətinin məlumatına görə, Tbilisi teleqülləsi Milli Skrininq Mərkəzinin təşəbbüsü və “Tbilservice Group” MMC-nin dəstəyi ilə yoğun bağırsaq xərçəngi haqqında məlumatlılığı artırmaq məqsədilə işıqlandırılıb.

“Tədqiqatlarda iştirak üçün Milli Skrininq Mərkəzi ilə əlaqə saxlayın: 2 20 35 35. Mərkəzin ünvanları: Saburtalo, M. Aleksidze N1; Didube, Ak, Tsereteli N69; Varketili, Kaloubani N12; Gldani, IV mikrorayon N113 A”, – Tbilisi meriyasının məlumatında qeyd edilib.