Tbilisi-Senaki-Leselidze avtomobil yolunun Surami-Vertğviçala hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağandır
Tbilisi-Senaki-Leselidze avtomobil yolunun Surami-Vertğviçala hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağandır

Güclü qar və temperaturun aşağı düşməsi səbəbi ilə beynəlxalq Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 133km -158km (Surami-Vertğviçala) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayır.

Qurumdan verilən məlumata əsasən, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Avtomobil Yolları Departamentinin məlumatında qeyd edildiyi kimi, avtomobil yolunun qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.