Tbilisi Şəhər Şurasının sədri Zurab Abaşidze - Dörd il ərzində komandamız paytaxt üçün çoxlu xeyirli işlər gördü, onların hər birinə təşəkkür etmək istəyirəm
Tbilisi Şəhər Şurasında yeddinci çağırışın son iclası keçirilir.
İclası Şəhər Şurasının sədri Zurab Abaşidze açdı və Tbilisi Şəhər Şurası ilə paytaxt meriyasının birgə əməkdaşlığı nəticəsində Tbilisidə həyata keçirilən layihələr barədə danışdı.
Zurab Abaşidze Şura üzvlərinə əməkdaşlığa görə təşəkkür etdi və bildirdi ki, son dörd il ərzində paytaxt üçün görülən çoxlu xeyirli işlər məhz bu əməkdaşlığın nəticəsidir.
Tbilisi Şəhər Şurasının sədri gələcək çağırışın deputatlarına uğurlar arzuladı və onlarla əməkdaşlığın daha məhsuldar olacağına ümid etdiyini bildirdi.
“Bu dörd il ərzində komandamızın paytaxt üçün gördüyü çoxlu yaxşı işlərə görə hər birinizə təşəkkür etmək istəyirəm. Biz çox çalışdıq və nəticələr də görünür. Başqa istiqamətlərdə də fəaliyyətini davam etdirəcək həmkarlarımıza təşəkkür edirəm və əminəm ki, əməkdaşlığımız gələcəkdə də davam edəcək. Yeni Şəhər Şurasına gəlincə, yeni çağırışda artıq çoxlu yeni simalar bizə qoşulacaq və əminəm ki, gələcəkdə də bir çox yaxşı işlər görəcəyik”, – Zurab Abaşidze bildirib.
Məlumatı Tbilisi Bələdiyyə Şurası yayır.