Tbilisi Meriyası – Güclü yağış nəticəsində küçələri, „Rustaveli“ və „Vaja-Pşavela“ metro stansiyalarını su basıb, Çikovani küçəsində qaz boru kəməri zədələnib və yaxınlıqdakı binadan sakinlər təxliyə edilib
Paytaxta yağan güclü və intensiv yağıntı müəyyən problemlər yaradıb. Hazırkı göstəricilərə görə, güclü yağış nəticəsində küçələri, zirzəmiləri, həmçinin „Rustaveli“ və „Vaja-Pşavela“ metro stansiyalarını su basıb, – bu barədə Tbilisi Şəhər Meriyasının bəyanatında qeyd olunur.
Paytaxt Meriyasının bəyanatında deyildiyi kimi, Tamaraşvili prospektində xüsusilə böyük miqdarda yağıntı müşahidə olunub.
“Saburtalo rayonunun Çikovani küçəsində qaz boru kəməri zədələnib, bu səbəbdən yaxınlıqdakı binada yaşayan sakinlər təxliyə edilib. Hazırda şəbəkənin bərpası işləri aparılır.
Tbilisi Meriyasının müvafiq qurumları, eləcə də paytaxtın rayon icra hakimiyyətləri fövqəladə rejimində işləyirlər. „Tbilservice Group“ tərəfindən yollar təmizlənir və küçələr səliqəyə salınır. Bütün problemli sahədə Fövqəladə Halların İdarə Olunması Xidməti və patrul polisi səfərbər olunub.
Qaynar xəttə daxil olan zənglərə operativ reaksiya verilir. Ehtiyac yarandıqda vətəndaşlar Tbilisi Meriyasının qaynar xəttindən – 0322 722222 istifadə edə bilərlər”, – meriyanın bəyanatında deyilib.