Tbilisi Şəhər Məhkəməsinin yanında bir neçə nəfər həbs edildi [Foto/video]
Tbilisi Şəhər Məhkəməsinin yanında bir neçə nəfər həbs edildi [Foto/video]

Tbilisi Şəhər Məhkəməsinin yanında Xorava küçəsində öldürülən yeniyetmələrin məhkəmə prosesindən sonra, küçədə etiraz edən bir neçə nəfər həbs edildi.

Məhkəmə tərəfindən verilən qərar səs-küyə səbəb oldu.

Xorava küçəsində öldürülən yeniyetmələrdən birinin atası Zaza Saralidze yaxınları ilə bərabər prokuraturanın qabığna getdi və orada etiraz aksiyasını keçirəcəyini bəyan etdi.

Şəhər Məhkəməsinin yanında polis səfərbər olunub.

Ölən yeniyetmələrin valideynləri məhkəmə qərarı ilə razılaşmırlar və bəyan edirlər ki, uşaqların həqiqi qatilləri həbs edilməyiblər.