Tbilisi Şəhər Məhkəməsi Saba Cikiaya dörd il altı ay müddətinə həbs cəzası verib
Tbilisi Şəhər Məhkəməsi hüquq-mühafizə orqanlarının əməkdaşına qarşı hücumda ittiham olunan Saba Cikiaya dörd il altı ay müddətinə həbs cəzası verib.
Qərarı hakim Tamar Mçedlişvili qəbul edib.
Təqsirləndirilən Saba Cikia son sözünü söyləmək hüququndan istifadə edərək cəsarətli olduğunu bildirib.
“Hələ də daxili qorxum var, çünki məğlub olmaqdan qorxuram və gələcək nəsillərin uğursuzluğumuza görə bizi günahlandırmasını istəmirəm. Mən hazıram, cəsarətliyəm və gözlərinizdə yaş görmək xoşuma gəlmir, mənimlə gülümsəyin”, – Saba Cikia bildirib və məhkəmədə toplaşan yaxınlarına müraciət edib.
Hakimin qərarını Saba Cikianın dostları və fəallar zalda səs-küylə qarşıladılar.
19 yaşlı tələbə Saba Cikia 2024-cü ilin dekabrın 5-də polis əməkdaşına hücum etmək ittihamı ilə həbs edilib. Prokurorluq onu 2024-cü ilin noyabrın 30-da Rustaveli prospektində keçirilən etiraz aksiyasında polisə ayaqla vurmaqda ittiham edir. Cikia irəli sürülən ittihamı rədd edir.