Tbilisi şəhər məhkəməsi İrakli Okruaşviliyə səkkiz ay müddətinə həbs cəzası verdi və iki il müddətinə vəzifə tutmağı qadağan etdi
Sabiq müdafiə naziri İrakli Okruaşvili Tbilisi Şəhər Məhkəməsi tərəfindən Parlamentin müvəqqəti istintaq komissiyasının tələbinə əməl etmədiyinə görə səkkiz ay müddətinə azadlıqdan məhrum edildi. Həmçinin, iki il müddətinə vəzifə tutmağı qadağan edildi.
Qərarı bir qədər əvvəl Tbilisi Şəhər Məhkəməsinin hakimi Tamar Mçedlişvili elan edib.
Okruaşvilinin özü iclasda iştirak etmirdi. Penitensiar Xidmətin məktubuna əsasən, təqsirləndirilən şəxs prosesdə iştirak etmək istəməyib.