Tbilisi Şəhər Məhkəməsi qrup şəklində zorakılıq ittihamı ilə saxlanılan 11 nəfəri həbsdə saxlayıb
Etiraz aksiyaları zamanı qrup şəklində zorakılıqda iştirak edən Aktyor Andro Çiçinadze, yumorist Onise Tsxadadze və daha doqquz şəxs Tbilisi Şəhər Məhkəməsi tərəfindən həbsdə saxlanılıb.
Bu gün ki prosesdə saxlanılanların barəsində seçilmiş həbs-qətimkan tədbirinə baxılıb və qüvvədə qalıb.
Prosesdə müdafiə tərəfi hökmün dəyişdirilməsi ilə bağlı vəsatətlər verib. Hüquqşünaslar hakimə müxtəlif məbləğdə girov, eləcə də zamin təklif ediblər. Saxlanılanların bir hissəsi özünü təqsirli hesab etmir, bir hissəsi isə susmaq hüququndan istifadə edir.
Bununla yanaşı saxlanılanlar – Andro Çiçinadze, Onise Tsxadadze və Rezo Kiknadze məhkəmədə çıxış etmək hüququndan istifadə ediblər.
Saxlanılanlara ittiham Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci hissəsi ilə irəli sürülüb, bu da qrup zorakılığında iştirak etməyi nəzərdə tutur. Qeyd olunan cinayət 4 ildən 6 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Tbilisi Şəhər Məhkəməsindəki iclas səhər saatlarından davam edirdi.