“Tbilisi Open Air 2026” festivalı ilə əlaqədar olaraq, Lisi gölü yaxınlığında yol hərəkəti qismən məhdudlaşdırılacaq

17:33, 03.07.2026

“Tbilisi Open Air 2026” musiqi festivalı ilə əlaqədar olaraq, iyulun 4-ü saat 10:00-dan iyulun 6-sı saat 01:00-dək Lisi gölü yaxınlığındakı ərazidə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Tbilisi Meriyasının məlumatına əsasən, Lisi dairəsi adı ilə bilinən ərazinin yaxınlığında, Leo Kvacadze və Toqo Qudava küçələrinin kəsişməsindən Lisi gölü istiqamətində avtomobillər birtərəfli qaydada, yalnız dairədən İoseb Kecağmadze küçəsi istiqamətinə doğru hərəkət edə biləcəklər. Həmçinin, Keçağmadze küçəsindən Txinvala və Avto Varazi küçələrindən keçərək, Besarion Jğenti və Paata Datuaşvili küçələri istiqamətində hərəkət etmək mümkün olacaq. Jğenti və Datuaşvili küçələrindən isə avtomobillər mövcud marşrutla bütün mümkün istiqamətlərdə hərəkət edə biləcəklər.

Bununla yanaşı, ictimai nəqliyyata gəlincə, 102 nömrəli və 363 nömrəli avtobuslar Avto Varazi küçəsindən Txinvala istiqamətində müəyyən olunmuş sxem üzrə hərəkət edəcəklər. Əks istiqamətdə isə Keçağmadze və Leo Kvaçadze küçələrinin əvəzinə, Varazi küçəsinə Txinvala küçəsi vasitəsilə bağlanacaqlar. Bundan sonra sözügedən avtobuslar hərəkətlərini müəyyən edilmiş sxem üzrə davam etdirəcəklər.

329 nömrəli avtobus Kvaçadze küçəsindən Txinvala istiqamətində müəyyən edilmiş sxem üzrə hərəkət edəcək. Əks istiqamətdə isə Txinvala küçəsi vasitəsilə Avto Varazi küçəsinə bağlanacaq. Bundan sonra hərəkətini Datuaşvili və Amaşukeli küçələrində davam etdirəcək, daha sonra isə Beritaşvili küçəsinin kəsişməsindən müəyyən edilmiş sxem üzrə hərəkət edəcək.

İyulun 6-sı saat 01:00-dan 10:00-dək sözügedən yol hissəsi əvvəlki vəziyyətinə qayıdacaq və avtomobillər hər iki istiqamətdə hərəkət edə biləcəklər.

Oxşar