Tbilisi Nəqliyyat Şirkəti - illik ödənişsiz səyahət kartının istifadəyə verilməsi ilə bağlı yanlış məlumat yenidən aktivləşdirilib, istifadəçiləri oxşar lotereyada iştirak etməməyə çağırırıq
Son zamanlar müxtəlif saxta səhifələrdə yanlış məlumatın yayılması yenidən aktivləşib, guya, Tbilisi Meriyası maraqlı şəxsin lotereya yolu ilə əldə edəcəyi pulsuz illik səyahət kartını aktivləşdirib, – bu barədə Tbilisi Nəqliyyat Şirkətinin bəyanatında deyiilib.
Nəqliyyat şirkəti istifadəçiləri bu cür lotereyada iştirak etməməyə çağırır.
“İctimaiyyəti məlumatlandırmaq istəyirik ki, müxtəlif saxta səhifələrdə yanlış məlumatın yayılması yenidən aktivləşib, guya, Tbilisi Meriyası maraqlı şəxsin lotereya yolu ilə əldə edəcəyi pulsuz illik səyahət kartını aktivləşdirib.
Biz tam məsuliyyətlə bildiririk ki, sosial şəbəkədə konkret saxta səhifələrdə Tbilisi Nəqliyyat Şirkətinin səyahət kartı lotereyası ilə bağlı yayılan məlumat tamamilə yalandır və ehtimal ki, onlayn saxtakarlığı təmsil edir. Biz bir daha istifadəçilərimizi bu cür lotereyada iştirak etməməyə çağırırıq”, – deyə bəyanatda qeyd edilib.