Tbilisi metrosunun birinci xəttində qatarların hərəkəti məhdudlaşdırılıb
Tbilisi metrosunun birinci xətti sərnişinlərə gecikmə ilə xidmət göstərir, – bu barədə Tbilisi Nəqliyyat Şirkəti Gürcüstanın Birinci Kanalına bildirib.
Onların məlumatına görə, Tbilisi metrosunun birinci xəttində, “Didube” metro stansiyasında qatarın texniki nasazlığı səbəbindən hərəkət zonalar üzrə həyata keçirilir.
Qatarlar “Varketili” metro stansiyasından “Vağzal meydanı”na qədər hərəkət edir, “Vağzal meydanı”ndan “Axmeteli Teatrına“ qədər isə sərnişinlərə xidmət dayandırılıb. Texniki qrup nasazlığı aradan qaldırmaq üçün hadisə yerinə gəlib. Tbilisi metrosunun Saburtalo xətti adi qaydada fəaliyyətini davam etdirir”, – nəqliyyat şirkəti bildirib.
Şirkətin bildirdiyinə görə, texniki nasazlığın aradan qaldırılmasının nə qədər vaxt aparacağı hələlik məlum deyil.