Tbilisi metrosu və Gürcüstan Dəmir Yolları fəaliyyətini bərpa edib

10:57, 25.07.2026

Tbilisi metrosu və Gürcüstan Dəmir Yollarının fəaliyyəti bərpa edilib.

Tbilisi metrosu və Gürcüstan Dəmir Yollarının fəaliyyətindəki fasilə kütləvi elektrik kəsintisi səbəbindən baş vermişdi.

Tbilisi və regionların bir hissəsində elektrik enerjisi təchizatı səhər saat 08:00-da qəza səbəbindən kəsilib.

Sözügedən məsələ ilə əlaqədar Gürcüstanın Dövlət Elektrosistemi bəyanat yayıb. Bəyanatda deyilib ki, qəzadan qısa müddət sonra Tbilisi və regionların böyük hissəsində elektrik enerjisi təchizatı mərhələli şəkildə bərpa olunub. Onların bildirdiyinə görə, ölkə miqyasında elektrik enerjisi təchizatının tam bərpa edilməsi prosesi en qısa zamanda başa çatacaq.

Oxşar