Tbilisi metropoliteni bugun də işləmir - Munisipal nəqliyyat isə, yenə pulsuzdur
Tbilisi metropoliteni bugün də dayanıb.
Bu səbəbə görə, şəhərin munisipal avtobusları insanlara pulsuz xidmət edirlər.
Dünən axşam Tbilisinin meri və metro maşinistləri arasında görüş keçirildi, ancaq nəticəsiz başa çatdı.
Maşinistlərin dediklərinə görə, onlar maaşlarının 2019-cu ildən sonra artmasını qeyri-məqbul hesab edirlər və Qldanidə, depo ərazisində yığılıb, etiraz etməyə davam edirlər.
Görüş başa çatdıqdan sonra, Tbilisinin meri Kaxa Kaladze ümid etdi ki, yaxın gələcəkdə metro açılacaq.
Metro maşinistləri iyunun 4-dən etiraz olaraq, işləməkdən imtina edirlər. Buna görə də, şəhərin bütün metroları bağlıdır.
Metro işçiləri maaşlarının 45 faizlə artmasını tələb edirlər.