Tbilisi Meriyasının məlumatına görə, intensiv yağış paytaxtın müxtəlif rayonlarında müəyyən problemlər yaradıb
Tbilisi Meriyasının məlumatına görə, intensiv yağış paytaxtın müxtəlif rayonlarında müəyyən problemlər yaradıb

Son günlərdə yağan bol və intensiv yağıntı səbəbindən paytaxtın müxtəlif rayonlarında idman və yol infrastrukturu zədələnib, – bu barədə Tbilisi Meriyası məlumat yayır.

Onların məlumatına görə, Qldani, Krtsanisi, Vake, Çuğureti və İsani rayonlarında yamacın çökməsi, torpağı saxlayan istinad divarının, işıqlandırma dirəklərinin və ağacların aşması faktları qeydə alınıb.

Paytaxt Meriyasının bildirdiyinə görə, təhlükəsizlik tədbirləri nəzərə alınaraq, yerli icra hakimiyyəti tərəfindən İsani rayonunun Tsulukidze küçəsində yaşayan üç ailəyə müvəqqəti yaşayış sahəsi təklif olunub.

“Əlverişsiz hava şəraiti Qldani rayonunda xüsusi problemlər yaradıb. Qldanula çayının daşması Andronikaşvili, Tsğaro və Tamar Mepe küçələrində torpaq kütləsinin uçmasına səbəb olub, idman meydançası zədələnib, çay işıqlandırma dirəyini aparıb. Tamar Mepe küçəsində təbii qaz borusu zədələnib və onun bərpa işlərinə artıq başlanılıb.

Əlverişsiz hava şəraiti səbəbindən Muxiani bağ evləri ərazisində bir neçə yaşayış evi də su altında qalıb. Yaşayış sahəsi ciddi şəkildə zədələnən Muxuri küçəsinin bir sakininə Qldani rayon icra hakimiyyəti tərəfindən müvəqqəti yaşayış sahəsi təklif olunub.

Bütün ünvanlarda Fövqəladə Halların İdarə Edilməsi Xidməti ilə yanaşı, Tbilisi Meriyası və rayon icra hakimiyyətlərinin müvafiq xidmətlərinin nümayəndələri, eləcə də rayon rəhbərləri  hadisə yerində olublar. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi, zədələnmiş infrastrukturun bərpası və zərərçəkmiş əhaliyə yardım göstərilməsi işləri aparılır“, – deyə Tbilisi Meriyasının məlumatında qeyd olunur.