Tbilisi meriyasında zərər çəkmiş ticarətçilərlə növbəti görüş keçirilib
Tbilisi meriyasında zərər çəkmiş ticarətçilərlə növbəti görüş keçirilib

Tbilisi meriyasında vağzal meydanı yaxınlığındakı bazarda baş verən yanğın nəticəsində zərər çəkən ticarətçilərlə növbəti görüş keçirilib.

Yanmış bazara baş çəkdikdən sonra merin müavini İrakli Xmaladze zərər çəkənləri Tbilisi meriyasında qəbul edib. İşgüzar görüşdə Xmaladze ticarətçilərin təşəbbüs qrupundan zərər çəkənlərin sayı, yanmış ticarət və anbar sahələri, məhv edilmiş malın təxmini dəyərləri və digər texniki məsələlər barədə konkret məlumat alıb.

Zərərçəkənlər üçün yardımın göstərilməsinin bütün mümkün mexanizmləri və prinsiplərini müzakirə ediblər. Merin müavini zərərçəkənlərə bazarın yanan konstruksiyalarının sökülməsində və ərazinin təmizlənməsi işlərində köməklik göstəriləcəyini vəd edib.

Zərərçəkmişlərin təşəbbüs qrupu ilə növbəti işgüzar görüş bir neçə günə planlaşdırılıb.

Məlumatı Tbilisi meriyası yayır.