Tbilisi meriyası Varketili körpülərinin reabilitasiyasına başlayır
Tbilisi meriyası Varketili körpülərinin reabilitasiyasına başlayır

Tbilisi meriyası Varketili körpülərinin reabilitasiyasına başlayır.

Bu barədə məlumatı paytaxtın meri Kaxa Kaladze Tbilisi hökümət iclasında verdi.

Kaladzenin dediyinə görə, layihənin dəyəri 1 500 000 lari olacaq və çalışmalar 7 aya başa çatacaq.

“Söz edilən körpülər illərdir istismardadır və onların reabilitasiyası bugünə qədər olmayıb.

Layihə keçirilən tədqiqata əsaslanır, hansı ki, körpülərin reabilitasiyasının zərurətini göstərdi.

Körpülərin əsas konstruksiyasının bərpasından sonra, üstünə asfalt və yeni örtü töküləcək” – dedi Kaladze.

Kaladzenin dediyinə görə, Tbilisi meriyası patrul polisi ilə əməkdaşlıq edəcək və reabilitasiya başa çatana qədər, əhalinin yolda hərəkət etməsi üçün problem yaranmayacaq.