Tbilisi meriyası vağzal meydanı yaxınlığındakı yanmış bazar ərazisini təmizləməyə başlayıb
Tbilisi munisipalitetinin meriya xidmətləri vağzal meydanının yaxınlığında yanğın nəticəsində yamış bazarın ərazisini təmizləməyə və zədələnmiş konstruksiyaları sökməyə başlayıb.
İşləri müvafiq normalara uyğun şəkildə, bələdiyyə inspektoratının podratçı şirkəti həyata keçirir.
Paytaxt merinin müavini İrakli Xmaladze Tbilisi munisipal nəzarət idarəsinin rəhbəri Qoqi Çikovani ilə birlikdə bazarın ərazisində aparılan işlərlə tanış olub.
Hadisə yerində Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin və Tbilisi munisipal laboratoriyasının nümayəndələri də olub.
Tbilisi merinin müavini yanğından zərər çəkmiş ticarətçilərlə də görüşüb və onlar Tbilisi meriyasının operativ reaksiyasına görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edilib ki, zərərin miqyasının müəyyən edilməsi və Tbilisi meriasının zərərçəkənlərə müəyyən kömək göstərməsi üçün, yanğın nəticəsində zərər çəkənlərin təşəbbüs qrupuyla iş görüşmələri davam etdiriləcək.
Məlumatı Tbilisi meriyası yayır.