Tbilisi meriyası - Tsotne Dadiani küçəsi N2 yaxınlığında nəqliyyatın hərəkəti hələ də məhdudlaşdırılıb, qəzalı binanın fasadının uçma təhlükəsi var
Nadzaladevi rayonu, Tsotne Dadiani küçəsi 2 saylı binanın yaxınlığında yerləşən qəzalı binanın döşəməsinin uçmasından sonra binanın fasadının uçma təhlükəsi yaranıb və bu səbəbdən də ətraf ərazidə hərəkət hələ də məhdudlaşdırılmış olaraq qalır. Məlumatı Tbilisi meriyası yayır.
Tbilisi meriyasının məlumatına görə, mütəxəssislərdən daxil olan tövsiyələrə əsasən, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün mümkün vibrasiyalaın yaranması səbəbindən həmin ünvanda həm ağır texnikanın, həm də yüngül avtomobillərin hərəkəti qadağan edilib.
“Baş vermiş hadisə ilə bağlı başlanılmış istintaq çərçivəsində bir neçə istiqamət üzrə ekspertiza aparılır. Ekspertiza rəyindən sonra həmin ünvanda lazımi sökülmə və infrastruktur işlərinin aparılması planlaşdırlır.
Mayın 4-də qəzalı vəziyyətdə olan üçmərtəbəli yaşayış binasının döşəməsi çöküb. Hadisə yeri metal hasarla əhatə olunub və ərazidə hərəkət qadağan edilib”, – məlumatda qeyd edilib