Tbilisi meriyası – Tbilisinin üç tunelində xarici işıqlandırma işləri ilə əlaqədar yol hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Tbilisi meriyası – Tbilisinin üç tunelində xarici işıqlandırma işləri ilə əlaqədar yol hərəkəti müvəqqəti məhdudlaşdırılacaq, – bu barədə Tbilisi meriyası məlumat yayır.
“Xüsusilə, 22 iyul tarixində saat 00:30-dan 06:00-dək avtomobil hərəkəti Amirecibi şosesindən Baxtrioni küçəsinə keçid tunelində, Qalaktioni körpüsünün altında və Davit Ağmaşenebeli abidəsinin altında yerləşən tunellərdə məhdudlaşdırılacaq. Hər üç tuneldəki işıqlar müasir, qənaətcil LED işıqlarla əvəz olunacaq.
Qeyd olunan müddətdə Amirecibi şosesindən Baxtrioni küçəsinə keçid tunelində yol hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılacaq; Qalaktioni körpüsünün altındakı tuneldə məhdudiyyət tək istiqamətdə, “Laguna Vere”dən Quru körpü istiqamətində tətbiq olunacaq. David Ağmaşenebeli abidəsinin altındakı mövcud tuneldə avtonəqliyyatın hərəkəti Marşal Qelovani prospektindən Ağmaşenebeli xiyabanı istiqamətində bir zolaqda məhdudlaşdırılacaq.
Tbilisi Meriyası və “Tbilservice Group” MMC yaranmış narahatlığa görə üzr istəyir! – Tbilisi meriyasının məlumatında qeyd olunub.