Tbilisi meriyası paytaxtın giriş və çıxışında mövcud lövhələri yeniləyəcək
Tbilisi meriyasının memarlıq xidməti paytaxtın giriş və çıxışında lövhələrin yenilənməsi məqsədilə müsabiqə elan edəcək. Bu barədə paytaxtın meri Kaxa Kaladze Tbilisi bələdiyyəsinin hökumətinin iclasında bildirib.
Kaxa Kaladze Memarlıq Xidmətinin rəhbərinə müsabiqə təkliflərinin qəbulu üçün müvafiq prosedurlara başlamaq barədə göstəriş verib.
“Tbilisinin giriş və çıxışındakı mövcud lövhələr çoxdan köhnəlib, hansı ki heç də gözəl deyil. Paytaxtın sərhədlərini göstərən lövhələr müasir və yenilənmiş olmalıdır. Buna görə də onların dəyişdirilməsi üçün yaxın gələcəkdə müvafiq müsabiqə elan etmək niyyətindəyik. Burada müxtəlif maraqlanan şəxs iştirak edə biləcək.
Memarlıq xidmətinin rəhbərinə tapşırmaq istəyirəm ki, müvafiq sənədlərin hazırlanmasına başlasın, şərtləri müəyyən etsin və hazır olduqdan sonra müsabiqə qaydalarını ictimaiyyətə təqdim etsin. Bütün maraqlanan şəxslər iştirak edə biləcəklər”, – Kaxa Kaladze qeyd edib.