Tbilisi meriyası - Paytaxtda və ona bitişik ərazilərdə yollar qardan təmizlənib və texniki duz səpilib
Tbilisi meriyasının məlumatına görə, gecə boyu Tbilisinin küçələri və ona bitişik ərazilərdə gecə boyu yollar qardan təmizlənib. Onların məlumatına görə, “Tbilservice Group” əməkdaşları xüsusi texnikanın köməyi ilə 24 saatlıq rejimdə fasiləsiz işləyiblər.
“Texniki duz səpilib: Nutsubidze platolarında, Txinvali qəsəbəsində, Aqaraki kəndində, Lisi gölünün ətraf ərazisində; Tskneti, Axaldaba, Betania və Telovanada, 112 saylı binanın ətraf ərazisində, Muxatqverdi qəbiristanlığına gedən yolda; Okroğana, Tsavkisi, Şindisi, Tabaxmela, Kocori və Kiketi qəsəbələrində; Böyük Lilo, Kiçik Lilo, Vazisubani kəndlərində, Maxatanın yaxın ərazisində, Niabi və Tsaişi küçələrində; Ortaçala və Krtsanisi küçələrində, yeni Ortaçala-Şindisi yolunda, Mnatobi və Saakadze küçələrində; Qiorqitsminda, Zahesi, Ağmaşenebeli küçəsində, Muxiani bağ evlərində, Qldani həbsxanalarının yaxın ərazilərində, Tbilisinin dolama yolunda; Lotkini qesebesinde xudadov kuçəsinde Tbilisi dənizi yolunda.
Yolların təmizlənməsi işlərinə gecə boyu “Tbilservice Group” MMC-nin direktoru Qiorqi Papava nəzarət edib.
Lazım olduqda, yollara duz səpilməsi davam edir. Biz əhalini nəqliyyat hərəkətinin pozulması halında, “Tbilservice Group”un qaynar xətti 2 61 90 50 və ya Tbilisi Bələdiyyəsinin qaynar xətti 2 72 22 22 ilə əlaqə saxlamağa çağırırıq və dərhal cavab verəcəyik”, – Tbilisi meriyasının yaydığı məlumatda deyilib.