Tbilisi Meriyası – paytaxtda küçələrin yuyulması işləri hər gün davam etdirilir
“Tbilservice Group” paytaxtın küçələrinin xüsusi maşınlarla yuyulmasını intensiv şəkildə davam etdirir, – bu barədə Tbilisi meriyası məlumat yayır.
Meriyanın məlumatına görə, bu dəfə Saburtalo rayonunda Vaja-Pşavela prospekti (“Delisi” metrostansiyasına qədər), Ğazbeqi və Pekini prospektləri, həmçinin Kostava və Şartava küçələri yuyulub.
“ Ərazidə “Tbilservice Group” MMC-nin direktoru Qiorqi Papava və Saburtalo rayonunun icra hakimi Qizo Vasadze olub.
“İsti yay günlərində yolların yuyulması paytaxt üçün mühüm əhəmiyyət kəsb edir. “Tbilservice Group”nun əməkdaşları xüsusi texnika vasitəsilə hər gün müxtəlif küçə və prospektlərdə bu tip işləri yerinə yetirirlər. Küçələrin yuyulması nəqliyyatın hərəkətinin ləngiməməsi və təhlükəsizliyi təmin etmək üçün gecə, gec saatlarda və səhər saatlarında həyata keçirilir”, – Qiorqi Papava qeyd edib.
Saburtalo rayonunun küçələrində yolun hərəkət hissəsindən əlavə konteynerlər və yeraltı keçidlər də yuyulub. Həmçinin Vaja-Pşavela və Ğazbegi prospektlərinin Vake rayonunun (“Delisi” metrostansiyasına qədər) yol hissəsində yuyulma işləri mütəmadi olaraq aparılır”, – meriyanın məlumatında qeyd olunub.