Tbilisi meriyası - Paytaxta bitişik ərazilərdə daxili yollar intensiv şəkildə təmizlənir
Tbilisi meriyası - Paytaxta bitişik ərazilərdə daxili yollar intensiv şəkildə təmizlənir

Paytaxta bitişik ərazilərdə daxili yolların təmizlənməsi davam edir – bu barədə Tbilisi meriyası məlumat yayır. Onların məlumatına görə, Tbilisi küçələri, mövcud keçidlər və dayanacaqlar təmizlənib. “Tbilservice Group” MMC-nin əməkdaşları xüsusi texnikadan istifadə edərək 24 saatlıq fasiləsiz rejimdə işləyirlər.

“Tbilisidə yağan güclü yağıntı səbəbindən paytaxtda müəyyən problemlər yaranıb. Hazırda Nadzaladevi rayonundakı Quramişvili #3 ünvanında, eləcə də Lotkini qəsəbəsindəki Quram Asatiani #26 ünvanında yerləşən yaşayış binasının yaxınlığında istinad divarı uçub. Torpaq sürüşməsi Vake və Saburtalo rayonlarında, bir neçə ünvanda, həmçinin Qldani və İsani rayonlarında baş verib. Bundan başqa, İsanidəki qəzalı vəiyyətdə olan evlərdən birinin divarı uçub. Qeyd olunan ünvanda heç kim yaşamırdı. Qonşu binada yaşayanlar isə mehmanxanaya köçürülməkdən imtina ediblər. İsani rayonunda, məkanlardan birində cığırın uçması faktı qeydə alınıb. İsani icra hakimiyyəti bərpa işlərinə yaxın gələcəkdə başlayacaq.

Yuxarıda qeyd olunan hadisələrdə heç kim xəsarət almayıb. İcra hakimiyyətləri artıq zərər çəkmiş ailələrin müvəqqəti olaraq mehmanxanaya yerləşdirilməsini təmin ediblər. Həm Fövqəladə Hallar Koordinasiyasının, həm də müvafiq bələdiyyə idarələrinin nümayəndələri ərazidə işləyirdilər. Ərazilər təmizlənib, müvəqqəti hasarlar quraşdırılıb və yaxın gələcəkdə bərpa işlərinə başlanılacaq.

Tbilisi “Ecoservice Group” və icra hakimiyyətlərinin podratçı şirkətləri zədələnmiş ağacları emal etmək və onları müxtəlif ünvanlardan çıxartmaq üçün 24 saatlıq rejimdə davam edirlər.

Əhaliyə xatırladaq ki, problem yarandıqda Tbilisi meriyasının qaynar xəttinə zəng edə bilərsiniz- 032 2722222”, – Tbilisi meriyasının məlumatında qeyd edilib.