Tbilisi meriyası kiosk sahiblərinə başqa yerə köçmələri üçün 3 ay vaxt verdi
Tbilisi meriyası kiosk sahiblərinə başqa yerə köçmələri üçün 3 ay vaxt verdi

Tbilisi meriyası şəhərin planına görə yanlış yerlərdə qoyulan kioskların sahiblərinə onların yerlərinin dəyişdirilməsi üçün əlavə vaxt verdi.

Paytaxt merinin iclasda bəyan etdiyinə görə, paytaxtda yerləşən 2 500 kioskdan 200-ü yanlış yerdə qoyulub və nəqliyyatın hərəkatına mane olur.

Kaladzenin dediyinə görə, qeyd olunan kioskların əksəriyyətinin kirayə müddəti yeni başa çatıb və onlara hərrac yenidən elan ediləcək.

Kiosk sahiblərinə meriyanın təklif etdiyi yerlərə köçmək üçün 3-dən 6 aya qədər vaxt verildi.