Tbilisi meriyası - Güclü yağıntı səbəbindən meriyanın müvafiq xidmətləri 24 saatlıq rejimdə fəaliyyət göstərirlər
Tbilisi meriyası - Güclü yağıntı səbəbindən meriyanın müvafiq xidmətləri 24 saatlıq rejimdə fəaliyyət göstərirlər

Tbilisi və bitişik ərazilərdə yolların qardan təmizlənməsi intensiv şəkildə davam edir, – bu barədə Tbilisi meriyasının yaydığı məlumatda deyilib.

Onların məlumatına görə, həm mərkəzi, həm də ikinci dərəcəli küçələr texniki duzla təmizlənir. Həmçinin bir neçə məkanda xarici işıqlandırmanın zədələnmiş şəbəkəsinin bərpası, naqillərin qaydaya salınması və sınmış ağacların kəsilərək ərazidən çıxarılması işləri aparılır.

“Güclü yağıntı səbəbindən meriyanın müvafiq xidmətləri 24 saatlıq rejimdə fəaliyyət göstərirlər. Yolların mövcud vəziyyəti gündüz və gecə saatlarında “Tbilservice Group” və rayon icra hakimiyyətlərinin əməkdaşları tərəfindən izlənilir. Yol-nəqliyyat hərəkətində hər hansı məhdudiyyət yarandığı təqdirdə, “Tbilservice Group”un qaynar xəttinə – 2 61 90 50 və ya Tbilisi meriyasının qaynar xəttinə – 2 72 22 22 müraciət edin”, – Tbilisi meriyasında bildirirlər.