Tbilisi meriyası - 12 və 13 aprel tarixlərində Tbilisidə bir neçə küçədə avtonəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Tbilisi meriyası - 12 və 13 aprel tarixlərində Tbilisidə bir neçə küçədə avtonəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

12 və 13 aprel tarixlərində Tbilisidə bir neçə küçədə avtonəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq, – bu barədə Tbilisi meriyası məlumat yayır.

“Şanlı Pasxa bayramı ilə əlaqədar olaraq 12 və 13 aprel tarixlərində Saburtalo qəbiristanlığının yaxınlığındakı Universitet küçəsində birtərəfli hərəkət mümkün olacaq – avtonəqliyyat vasitələri yeni tuneldən Tamaraşvili prospektinə doğru hərəkət edəcək.

Universitet küçəsindən çıxan küçələrdən avtomobillər Tamaraşvili prospekti istiqamətində hərəkət edə biləcəklər.

Həmçinin, Kukiya qəbiristanlığının ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti birtərəfli olacaq. Nəqliyyat vasitələrinin hərəkəti aşağıdakı küçələrdə mümkün olacaq: Çitaia (Şura) Meydanı, Mamardaşvili küçəsi, Norio yoxuşu, Tsaişi küçəsi, Maxata yoxuşu. Eniş Xudadov küçəsi ilə Tsotne Dadiani küçəsi istiqamətində mümkün olacaq”, – paytaxt meriyasının məlumatında deyilib.