"Tbilisi Energy" - İki gəncin ölüm səbəbinin qaz sızması olduğu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil
“Tbilisi Energy” şirkəti bəyanat yayır.
Bəyanatda deyildiyi kimi, iki gəncin ölüm səbəbinin qaz sızması olduğu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
“İki gəncin ölüm səbəbinin qaz sızması olduğu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Belə hallarda təsdiqlənməmiş versiyaların yayılmasının yanlış olduğunu bilmək vacibdir.
“Tbilisi Energy” mütəxəssisləri tərəfindən hadisə yerinə aparılan baxış nəticəsində heç bir CO2 (yanma) və ya qaz sızması izi qeydə alınmayıb, müvafiq olaraq, qeyd olunan hadisənin qazla əlaqəsi yoxdur”, – deyə “Tbilisi Energy” şirkətinin bəyanatında deyilib.
Daha əvvəl Tbilisidə yaşayış mənzilində gənc cütlüyün ölü vəziyyətdə tapıldığı barədə məlumat yayıldı.