Tbilisi əhalisinin əksəriyyətinə elektrik enerjisi verilmir, regionların bir hissəsində də elektrik təchizatı kəsilib
Tbilisinin əhalisinin əksəriyyətinə elektrik enerjisi verilmir.
Paytaxtda elektrik enerjisi saat 08:00 radələrində kəsilib.
Mövcud məlumata görə, hazırda regionların bir hissəsinə də elektrik enerjisi verilmir.
Məlumat üçün bildirək ki, iyulun 24-ü saat 01:00-da da Tbilisi və Gürcüstanın əksər regionlarında elektrik enerjisi təchizatı qəza səbəbindən dayandırıldı. Rəsmi məlumata görə, enerji sistemində baş vermiş sistem qəzası elektrik enerjisi və telekommunikasiya şəbəkələrində məhdudiyyətlərə səbəb olub. Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası 24 iyulda baş vermiş irimiqyaslı qəzanın səbəblərini araşdırmağa başlayıb.