Tbilisi Dövlət və Gürcüstan Texniki Universitetləri artıq birləşməyəcək
Gürcüstan Texniki Universiteti Tbilisi Dövlət Universiteti ilə artıq birləşməyəcək.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstan Texniki Universiteti sırf texniki universitetə çevriləcək.
Baş nazirin izah etdiyinə görə, Texniki Universitetdə yalnız texniki fakültələr qalacaq, texniki profili olmayan təhsil proqramları isə ləğv edilmə mərhələsində olacaq.
“Bir şəhər, bir fakültə prinsipi” əsasında, Gürcüstan Texniki Universiteti sırf Texniki Universitetə çevriləcək. Bu, ali təhsil konsepsiyamızın əsas istiqamətlərindən biri idi. Müvafiq olaraq, gələcəkdə Texniki Universitetdə yalnız 1990-cı illərdən əvvəl Gürcüstan Texniki Universitetində tədris olunan və müvafiq proqrama daxil olan fənlər tədris olunacaq. Həmçinin, Gürcüstan Texniki Universitetində növbəti akademik il üçün 1990-cı illərə qədər Texniki Universitetin təhsil proqramına daxil olmayan fənnlər üzrə qəbul elan edilməyəcək. Müvafiq olaraq, Texniki Universitetdə qeyri-texniki təhsil proqramları növbəti iki il ərzində ləğv edilmə mərhələsində qalacaq. İki universitet artıq birləşməyəcək. Qeyri-texniki istiqamətlərə gəldikdə isə, onlar ləğv olunma mərhələsində qalacaq. Müvafiq olaraq, bu ildən etibarən Texniki Universitetdə müvafiq ixtisaslara qəbul artıq elan edilməyəcək”, – İrakli Kobaxidze bildirib.