Tbilisi Dövlət Universiteti və Texniki Universitetin birləşdirilməsi ilə bağlı, TDU-nun Akademik Şurası və Senatı, fakültə dekanları və professorların iclası keçirildi
Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin birləşməsi ilə bağlı TDU-nun idarəetmə orqanlarının – Akademik Şura və Senatın, eləcə də fakültə dekanları və professorlarının birgə iclası keçirildi. Tbilisi Dövlət Universiteti məlumat yayır.
Tbilisi Dövlət Universitetinin məlumatına görə, iclasın iştirakçıları məsələnin vacibliyini nəzərə alaraq Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin nümayəndələri ilə görüşməyin məqsədəuyğun olduğu barədə razılığa gəliblər.
“Rəy bildirilib ki, öz növbəsində, fakültələrin idarəedici orqanları mövcud məsələni müzakirə edəcək və razılaşdırılmış mövqeyi Tbilisi Dövlət Universitetinin Akademik Şurası və Senatına təqdim edəcəklər.
TDU rektoru, akademik Caba Samuşianın dediyinə görə, son dövrdə baş vermiş hadisələr akademik mühitdə dialoqun davam etdirilməsinin zəruriliyini göstərib. Bu məsələ ilə bağlı universitet ictimaiyyətinin mövqelərinin uzlaşdırılması vacibdir.
Akademik Şura və Senatın birgə iclasından sonra TDU rektoru bu məsələ ilə bağlı tələbələrlə də görüşüb“, – Tbilisi Dövlət Universiteti tərəfindən yayılan məlumatda deyilib.