Tbilisi dənizinin ətraf ərazisi tikinti tullantılarından təmizlənir
“Tbilservice Group” MMC-nin əməkdaşları Tbilisi dənizinin ətraf ərazisini tikinti və məişət tullantılarından təmizləyir. Qanunsuz olaraq yerləşdirilmiş iri həcmli tikinti tullantısı xüsusi texnika vasitəsilə çıxarılır.
Əraziyə Tbilisi Munisipal Müfəttişliyi nəzarət edəcək və vaxtaşırı monitorinq aparılacaq.
“Tbilservice Group”nun direktoru Qiorqi Papava təmizlik işləri ilə tanış olub.
“Tikinti/inert tullantılarının küçələrdə, şəhər kənarında, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərdə və ya ətraf ərazidə yerləşdirilməsi yolverilməzdir. Tbilisi Şəhər Sakrebulosu paytaxtda tullantıların idarə olunması qaydasını və istifadəçilərin hüquq və vəzifələrini müəyyən edib, onların pozulması inzibati xəta hesab olunur, bu isə pul cəzasını nəzərdə tutur”, – Qiorqi Papava qeyd edib.
Əhalini və özəl şirkətləri istirahət məkanlarına qanunsuz olaraq təmir tullantsını yerləşdirməməyə və “Tbilservice Group”nun müvafiq xidmətindən istifadə etməyə çağırırıq. Ətraflı məlumatı şirkətin qaynar xətti – 2 61 90 50 və veb səhifəsindən əldə etmək olar.
Məlumatı Tbilisi meriyası yayır.