Gürcü tələbələrinin Macarıstana getməsi və Gürcüstan vətəndaşlarının vətənə qayıtması məqsədilə, Gürcüstan hökumətinin dəstəyi ilə, Tbilisi-Budapeşt-Tbilisi istiqamətilə xüsusi reys yerinə yetiriləcək. Bu barədə məlumatı Mülki Aviasiya Agentliyi yayır.
Elə onların məlumatına görə, uçuşu “Myway Airlines” aviaşirkəti 8 sentyabrda qarşıdakı cədvəllə yerinə yetirəcək:
8 sentyabr, Tbilisi-Budapeşt-Tbilisi (uçuş 12:00, geri uçuş 19:30).
Agentliyin məlumatına görə, qeyd olunan reysə biletlər, Gürcüstan vətəndaşları üçün 200 avrodan artıq olmayacaq. Aviareys “Boeing B737-800” tipli təyyarə ilə həyata keçiriləcək.