Macarıstanda eynicinsli cütlüklər uşağı övladlığa götürmək hüququndan məhrum olunacaqlar
Macarıstanda eynicinsli cütlüklər uşağı övladlığa götürmək hüququndan məhrum olunacaqlar

Macarıstanda eynicinsli cütlüklər uşağı övladlığa götürmək hüququndan məhrum olunacaqlar. Müvafiq konstitusiya dəyişikliklərini Macarıstan hökuməti hazırladı.

Hakimiyyət tərəfindən təhrik olunmuş düzəlişdə yazılacaq ki, “ana qadındır və ata kişi”. Bununla yanaşı övladlığa götürmək hüququ yalnız nikahda olan cütlüklərə veriləcək.

Eynicinslilər üçün Macarıstanda evlənmək qadağandır. Lakin uşağın övladlığa götürülməsi mümkündür, əgər bunun partnyorlardan biri ayrıca tələb edirsə.

Hökumətin təhrik etdiyi konstitusiya dəyişiklikləri qüvvəyə minsə, eynicisnli cütlüklər uşağı övladlığa götürə bilməyəcəklər. Bundan başqa, konstitusiya dəyişiklikləri layihəsində yazılıb – “uşaqlar təhsili Macarıstan konsititusiya indentliyinə əsaslanmış dəyərlər və xristian mədəniyyəti ilə almalıdırlar”.

Qanunlayihəni artıq hüquqmüdafiəçilər qınadılar. Onların dediyinə görə, bu dəyişikliklər beynəlxalq və Avropada qüvvədə olan insan haqqlarının əsas prinsiplərinə zidd çıxır.